Alternative content

10:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruz bayramı günlərində Gədəbəyə gələn turistlərin sayı xeyli artıb
Novruz bayramı günlərində Gədəbəyə gələn turistlərin sayı xeyli artıb
ANA SƏHİFƏ / Turizm
10:03 28.03.2015

Dağlar qoynunda yerləşən Gədəbəy rayonu təmiz havası, füsunkar təbiəti ilə həmişə turistlərin diqqət mərkəzində olub. Xüsusilə təbiətin oyanan çağında buraya istirahətə gələnlərin sayında artım müşahidə edilir.
Gədəbəy rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər istər yerli, istərsə də xarici turistlər arasında Gədəbəydə dincəlməyə maraq xeyli artıb. Təkcə keçən il rayonda 90 mindən artıq turist dincəlib. Bu rəqəmin cari ildə artması gözlənilir ki, bunun üçün də ilin əvvəlindən bir sıra hazırlıq işlərinə başlanılıb. Məhz bunun nəticəsidir ki, Novruz bayramı günlərində rayona gələn turistlərin sayında xeyli artım qeydə alınıb. Əsasən Slavyanka, İvanovka, eləcə də digər səfalı bölgələrdə yerləşən kəndlərdə dincələn turistlərə yüksək mədəni xidmət göstərilməsi üçün 20-dən artıq otel və istirahət mərkəzində hər cür şərait yaradılıb. Turistlərə 5 marşrut üzrə xidmət göstərilir ki, bu da onların mənalı istirahətini təmin edir.