Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:02 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclası keçirilmişdir
Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclası keçirilmişdir
ANA SƏHİFƏ / Milli Məclis
02:02 02.02.2012

 

Deputatlar Fransa parlamentinin tarixi təhrif edən qanununu bir daha pislədilər

 

Dünən Milli Məclisin 2012-ci il yaz sessiyası Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə öz işinə başladı. Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək onlara qanunvericlik fəaliyyətində uğurlar arzulayan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sessiyada vacib qanun layihələrinin qəbulu ilə yanaşı, Konstitusiya ilə nəzərdə tutulmuş çərçivədə Nazirlər Kabinetinin hesabatı dinləniləcək, eləcə də 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələ gündəliyə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcək.

Oqtay Əsədov vurğuladı ki, bu sessiya məhsuldar keçəcək. Yaz sessiyasının ilk iclasının gündəliyinə isə 4 məsələ - Azərbaycan Respublikası Milli Məclisinin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında, 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında, Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) daxil edilmişdi.

 

Azərbaycan həmişə Türkiyənin yanında olub

 

Cari məsələlərlə bağlı ilk çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, Azərbaycan Milli Məclisi Fransa Senatının qəbul etdiyi ermənipərəst qanuna etirazını bildirib və bununla bağlı kifayət qədər iş görüb: "Hökümət, Milli Məclis, ayrı-ayrı partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası tərəfindən də bu məsələ ilə bağlı Türkiyəyə ciddi dəstək verilib. Fransa Senatına kəskin etiraz olunub və şəxsi olaraq hər bir senatora deputat məktubu göndərilib". Deputat son zamanlar bəzi qüvvələrin Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salmaq və Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün cəhd göstərdiyindən narahatçılığını ifadə etdi: "Hesab edirəm ki, bu məsələ ilə bağlı iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni mövqedə dayanmalı, eyni fikir səsləndirməlidir. Azərbaycan həmişə Türkiyənin yanında olub və Milli Məclis bu ölkəyə daim öz dəstəyini nümayiş etdirir".

Spiker Oqtay Əsədov bu məsələyə münasibət bildirərək qeyd etdi ki, bu,  eyni zamanda Azərbaycanın prinsipial məsələsidir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe sərgiləyib: "Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləgv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləməliyik. Biz bir az səbr etməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclisi öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb".

 

Qardaşlıq münasibətlərinə kölgə salmaq istəyən qüvvələrin niyyəti baş tutmayacaq

 

İclasda çıxış edən deputat Qənirə Paşayeva vurğuladı ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub. Bununla bağlı Milli Məclis səviyyəsində xeyli işlər görülüb. Deputat Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə iş qrupu vasitəsi ilə Xocalı soqırımının 20 illiyi ilə bağlı Türkiyə parlamentinə müraciət olunmasını da təklif etdi. Onun sözlərinə görə, fevral ayının 26-da İstanbulda "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı aksiya keçirilməsi planlaşdırılır.

Spiker Oqtay Əsədov bu məsələyə münasibət bildirərək dedi ki, dostluq qrupu Türkiyə parlamentinə müraciət edə bilər. "Xocalı soyqırımı"nı tanıdığına görə Milli Məclisin rəhbərliyi adından Meksika parlamentinə təşəkkür edilməlidir!" - deyən  deputat Məlahət İbrahimqızı eyni zamanda Fransa Senatında qondarma "erməni soqırımı" ilə baglı sənədin lehinə səs verənlərin cəzalandırılması təklifini irəli sürdü. Onun sözlərinə görə, qanuna səs verən deputatların adları artıq məlumdur: "Biz Xarici İşlər Nazirliyinə (XİN) həmin deputatların adlarını verməli və tələb etməliyik ki, həmin deputatlar Azərbaycana buraxılmasınlar". Milli Məclis sədrinin birinci müavini  Ziyafət Əsgərov bu təklifə münasibət bildirərkən dedi ki, biz də Fransa kimi qeyri-ciddi qanun qəbul etməli deyilik.

 

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edildi

 

İclasda Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiysının yenidən təşkil edilməsi haqqında parlamentin qərarı müzakirəyə çıxarıldı. Komissiyaların tərkibinə heç bir dəyişiklik olunmadı. İntizam komissiyası deputatlar-  Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət təşkil olundu. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi məsələsinə də baxıldı. Hesablayıcı komissiyaya İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edildi. Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqləndi. Hesablayıcı komissiyanın sədri Mübariz Qurbanlı, İntizam komissiyasının sədri isə Siyavuş Novruzov seçildi.

 

Milli Məclis Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

 

Çıxışlardan sonra Spiker Oqtay Əsədov bildirdi ki, Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edir. Çünki bu Olimpiyadanın ölkəmizdə keçirilməsi üçün hər cür şərait var. Müraciətdə deputatlar Azərbaycanın bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini və Olimpiadanın keçirilməsinə hazır olduğunu qeyd ediblər. Oqtay Əsədov eyni zamanda vurğuladı ki, Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə Milli Məclis də öz razılığını verir və BOK-u Olimpiya Oyunlarının Bakıda keçirilməsinə çağırır. 

 

"Fransa ATƏT-in Minsk qrupu həmsədrliyində mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib"

 

İclasda çıxış edən deputat Zahid Oruc bildirdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi əsas olmalıdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən asılıdır. Zahid Oruc bildirdi ki, Milli Məclisdə Fransa-Azərbaycan münasibətləri ilə bağlı dinləmələr keçirilməlidir. "Artıq dünya praktikasında bu məsələlər var. Ayrı-ayrı ölkələrin parlamentləri də bu və ya digər şəkildə dinləmələr keçirirlər. Hesab edirəm ki, biz də bunu keçirməliyik"- deyən Z.Oruc Milli Məclis tərəfindən Dağlıq Qarabağın erməni icmasına müraciət olunmasını da təklif etdi. Deputat Jalə Əliyeva Fransa Milli Assambleyası və Senatının məlum addımının hüquqa və ədalətə zidd olduğunu bildirərək, eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmağa artıq mənəvi haqqını itirdiyini  dilə gətirdi.

Spiker Oqtay Əsədov bildirdi ki, Fransa ATƏT-in Minsk qrupu həmsədrliyində mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib:  "Fransanın həmsədrlikdən uzaqlaşdırılması hüquqi formasını müəyyənləşdirmək bizim istəyimizdən asılı məsələ deyil".

Sonra iclasda "Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının qanunvericilik işlər planı"nın müzakirəsi başlandı.

 

KİV-ə dövlət dəstəyi mükəmməldir

 

"Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında" sənədin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirdi ki, qanunvericilik işlər planında qanunvericilik təşəbbüsü ilə çıxış edənlərin siyahısı göstərilib: "Təbii ki, deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var, amma bu sənəddə öz əksini tapmalı deyil. Sənəddə ancaq prezident və digər qanunvericilik subyektləri öz əksini tapmalıdır".

Deputat qəzetlərin satışı və mətbuat azadlığı ilə baglı məsələlrə toxundu. "Azərbaycan kimi dünyanın hər hansı bir yerində söz və mətbuat azadlığına diqqət edən, xüsusi qayğı göstərən ikinci bir ölkə tanımıram. İqtidarlı, müxalifətli coxsaylı qəzetlərə il ərzində xeyli pul ayrılır. Eyni zamanda yaxşı yazılara ildə bir neçə dəfə KİVDF tərəfindən pul mükafatı verilir. Hansı ölkədə mətbuata belə diqqət var?" Deputat eyni zamanda mülkiyyət hüquqları ilə bağlı məsələ qaldırdı. O bildirdi ki,  Avropa Məhkəməsində bir milyondan artıq insanın - qaçqın və məcburi köçkünün mülkiyyət hüququnun pozulması ilə bağlı məsələ qaldırılsa da, ora qalaq-qalaq sənəd göndərilsə də buna baxılmır. S.Novruzov siyasi partiyalar haqqında məsələyə toxunaraq diqqətə çatdırdı ki, dünyanın hər yerində siyasi partiyalara seçkidə qazandıqları yerə, tutduqları mövqeyə görə vəsait ayrılır: "Bundan başqa meyar yoxdur. Əgər onlar nəsə başqa layihələr həyata keçirmək istəyirlərsə, o zaman QHT Şurasına müraciət etsinlər. Onlara vəsait ayrılsın və bununla da öz layihələrini həyata keçirsinlər".

Deputat Azay Quliyev çıxış edərək Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Sosial sifariş haqqında" qanun layihəsi hazırladığını birdirdi: "Qanun layihəsi müəyyən müzakirələrdən keçib. Hesab edirəm ki, onun Milli Məclisdə müzakirəyə çıxarılmasının vaxtı yetişib. Yəqin ki müvafiq komitələrdə bu müzakirə olunacaq. Buna böyük ehtiyac var. Türkiyənin təcrübəsi öyrənilib. Azərbaycan da artıq bu təcrübədən istifadə etməklə qanun layihəsinin müzakirə edilib təsdiqlənməsində yararlana bilər".

 

Ermənistandan qovulan azərbaycanlıların hüquqları bərpa olunmalıdır

 

Günün ikinci yarısı iclas YAP sədrinin müavini, icraçı katib Əli Əhmədovun çıxışı ilə başladı. Deputat Ermənistandan azərbaycanlıların kütləvi deportasiyasının 65 ilinin tamam olduğunu bildirərək bununla bağlı qanunun hazırlanıb yaz sessiyasının iş planına salınmasını təklif etdi. Əli Əhmədov bildirdi ki, Ermənistandan azərbaycanlıların deportasiyasına 1947-ci ildə başlanıb: "SSRİ-də bir çox xalq deportasiya edilib. O xalqların çoxu sonradan öz yerlərinə qayıda, kompensasiya ala bilib. Yeganə olaraq azərbaycanlılar öz torpaqlarına qayıda bilməyiblər. Bu haqsızlığa son qoyulmalıdır. Ermənistandan qovulan azərbaycanlıların hüquqları bərpa olunmalıdır. Milli Məclis o insanların deportasiya olunması ilə bağlı hüquqlarını tanıya bilər. Milli Məclis belə bir qərar qəbul edərsə, güman edirəm ki, bundan sonra Avropanın müvafiq qurumlarına da müraciət edilə bilər".

Əli Əhmədov çıxışında Azərbaycan və İran münasibətlərinə də toxundu. "Azərbaycan öz xarici siyasətini həyata keçirərkən özünə dostlar qazanır. Azərbaycan öz qonşuları ilə çox yaxşı münasibətlər qurub və bundan sonra da bu münasibətlər inkişaf etdiriləcək. İran dövlətinin Azərbaycana qarşı münasibəti rəsmi dövlət qurumları tərəfindən dəfələrlə səslənib. İstənilən ehtiyatsız deyilən söz münasibətlərin korlanmasına kifayət edir. Amma o münasibətləri yaxşılaşdırmaq üçün bəlkə də aylarla, illərlə vaxt lazım olur. Əgər hər hansı münasibətdə gərginlik varsa, bütün bunların hamısını danışıqlar formasında aradan qaldırmaq mümkündür. İranla Azərbaycan təkcə qonşular deyillər, bizim münasibətlərimizi təyin edən çoxlu məqamlar var. Ən azından İranda yaşayan əhalinin yarısı azərbaycanlılardı".

Deputatlar Qənirə Paşayeva və Gülər Əhmədova "Reproduktiv saglamlıq haqqında" qanun layihəsinin işlər planına salınmasını təklif etdilər. Sonra Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı  təsdiqləndi.

 

Dünyada hər 100 min nəfərə 7-10 dağınıq skleroz xəstəliyinə tutulmuş xəstə düşür

 

Gündəlikdə olan sonuncu məsələ "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Komitə sədri bildirdi ki, qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilini, hüquqi əsaslarını müəyyənləşdirəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Layihədə ümumi anlayışlarla yanaşı, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatının formaları, dağınıq skleroz üzrə dövlət proqramı, bu xəstəliyə tutulmuş şəxslərin hüquqları, onların reyestri, tibbi yardımın göstərilməsi və s. məsələlər əksini tapıb.

Layihə ilə baglı çixış edən deputat Əhliman Əmiraslanov bu qanunun qəbuluna ciddi ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, dünyada hər 100 min nəfərə 7-10 belə xəstə düşür: "Azərbaycanda da hər 100 min nəfərə bu sayda xəstə düşür. Bu xəstələr tam müalicə olunmur, daim müalicə almalıdırlar. Dağınıq skleroz xəstələrinin müalicəsi böyük vəsait tələb edir. Qanunun qəbulundan sonra bununla bağlı dövlət vəsaitinin ayrılması məsələsi həll olunmalıdır".

Müzakirələrdən sonra "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Bununla da Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman Bağırov (foto),

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM