02 Fevral 2012 02:02
750
Milli Məclis
A- A+

Milli Məclisin yaz sessiyasının ilk iclası Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur

 

Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk iclasında parlamentin Sədri Oqtay Əsədovun bəyanatı və deputatların çıxışları Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur.

Fransa Milli Assambleyası və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarına qarşı deputatlarımızın bir daha kəskin mövqe nümayiş etdirmələri qardaş ölkənin ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanmışdır.

"Zaman" qəzetinin xəbərində Milli Məclisin Sədri Oqtay Əsədovun "Fransa qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirmişdir" sözləri başlığa çıxarılmışdır. Yazıda deputatlar Məlahət İbrahimqızının çıxışında və Qənirə Paşayevanın mətbuata açıqlamasında bu fikri dəstəklədikləri, Milli Məclisin bütün üzvlərinin Azərbaycanın daim Türkiyənin yanında olacağı qənaətində olduqları vurğulanır.

Türkiyənin digər nüfuzlu qəzetləri, informasiya saytları, televiziya kanalları da Anadolu və İhlas xəbər agentliklərinin  azərbaycanlı deputatların dəstəyi ilə bağlı xəbərlərinə geniş yer ayırmışlar.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video