Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:32 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbülfəs Qarayev: Turizm emosiyalar əsasında təşkil edilir
Əbülfəs Qarayev: Turizm emosiyalar əsasında təşkil edilir
ANA SƏHİFƏ / Turizm
01:03 19.03.2015

“Azərbaycanın adının dünya turizm xəritəsinə daxil olması nisbətən yaxın vaxta təsadüf edir. İqtisadiyyatın və iqtisadi fəaliyyətin alternativ formalarının şaxələndirilməsi sahəsində turizm Azərbaycan üçün prioritet istiqamətdir və Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə şəxsən özü nəzarət edir”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Moskvada prestijli “Conde Nast Traveller Luxury Travel Fair” sərgisində ölkəmizin turizm potensialının təqdimat mərasimində deyib. Nazir qeyd edib ki, son beş ildə Azərbaycanda turistlər üçün yaşayış yerlərinin sayı ikiqat artırılıb, dünya turizminin lüks brendlərinin demək olar ki, hamısının təmsil olunduğu bu ölkədə yeni infrastruktur yaradılıb.

Ə.Qarayev vurğulayıb: “Bu gün azərbaycandakı beş beynəlxalq aeroportdan Moskva və Sankt-Peterburqla yanaşı Yekaterinburqa, Çelyabinskə, Nijni Novqoroda da uçuşlar həyata keçirilir. Biz turizm məhsullarını şaxələndirməyə çalışırıq, yüksək səviyyəli dağ-xizək kurortları, habelə dəniz sahilində kurortlar yaradırıq. Sevindirici haldır ki, Azərbaycan tarixən bizə yaxın olan Rusiya bazarı üçün öz qapılarını açmağa hazırdır. Rusiyanın turizm agentlikləri ilə, dövlət orqanları ilə sıx əlaqə saxlayırıq. Zənnimcə, bugünkü baza münasibətləri gələcəkdə imkanlarımızı və əlaqələrimizi daha da genişləndirməyə əsas verir”.

Turizmin emosiyalar əsasında qurulduğunu vurğulayan Ə.Qarayev deyib: “Ölkənin insanları bizə xoş təsir bağışlayanda, bizdə yaxşı ölkə haqqında təəssürat yaranır; şəhərin küçələri bizə xoş təsir bağışlayanda, bizdə yaxşı şəhər haqqında təəssürat yaranır; xalqın mətbəxi bizə xoş təsir bağışlayanda, bu xalqın tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Belə komponentlər çox olanda isə emosiyalarımız aşıb-daşır, xoşladığımız yerlərə dəfələrlə, dönə-dönə getmək istəyirik”.

Nazir əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər kəs bu emosiyaları tam şəkildə hiss edəcək. O qeyd edib ki, Azərbaycan və Rusiya peşəkar turizm bazarının formalaşmasında bir-birinə kömək etməlidirlər. Birgə tədbirlər, sərgilər, kurslar, nəzəri və praktiki məqamların öyrənilməsi turizm xidmətini ən yüksək səviyyəyə çatdırmağa imkan verir. Azərbaycan beynəlxalq səviyyəli kadrlar yetişdirilməsinə dair xidmətlər təqdim etməyə hazırdır və RF Mədəniyyət Nazirliyi ilə birlikdə mədəni turizmi genişləndirməyə maraq göstərir. “Rusiyalı turistin Azərbaycanda dil baryeri, viza baryeri hiss etməməsi və istirahətdən xoş təəssürat alması üçün biz hər cür şərait yaratmağa hazırıq. Sizi Azərbaycana səyahətə dəvət edirik”, - deyən Azərbaycan mədəniyyət və turizm naziri ümidvar olduğunu bildirib ki, yaxın illərdə Bakıda da bu cür sərgi təşkil ediləcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdimat mərasiminə toplaşanları Azərbaycana gəlməyə və ölkəmizdə baş verən bütün yenilikləri öz gözləri ilə görməyə dəvət edib.

“Condе Nast Traveller” jurnalının vitse-prezidenti və kommersiya direktoru Anita Qiqovskaya Azərbaycan nümayəındə heyətinin sərgidə iştirakına görə təşəkkürünü bildirib və gələcək səmərəli əməkdaşlığa ümidvar olmasını vurğulayıb.

Təqdimat mərasimi rusiyalı məşhur müğənni Sergey Lazarevin iştirak etdiyi möhtəşəm konsert proqramı ilə başa çatıb. Qonaqlar ənənəvi Azərbaycan şirniyyatlarını - paxlava və şəkərburanı dadıblar.

Qeyd edək ki, “Condуе Nast Traveller” nəşriyyat evinin təşkilati dəstəyi ilə Moskvadakı “Metropol” otelində keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” sərgisi premial turizm sahəsində dünyada ilk ixtisaslaşdırılmış sərgi idi. Burada Rusiyanın və Şərqi Avropa ölkələrinin turizm xidmətləri təqdim edən ən yaxşı şirkətlər iştirak edib.



Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM