04 Mart 2015 11:03
843
Turizm
A- A+

Azərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgisi açılıb

Berlində “İTB Berlin 2015” beynəlxalq turizm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 8-dək davam edəcək sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sərgidə, həmçinin Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və üç mehmanxana iştirak edir.

Bu sərgidə Azərbaycanın turizm potensialı 104 kvadratmetrlik stendə öz əksini tapıb. Sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları hazırlanıb.

Martın 5-də Azərbaycanın milli stendində “Happy hours” tədbiri keçiriləcək. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti. Həmçinin KİV nümayəndələrinə Azərbaycanın turizm potensialına dair təqdimat keçiriləcək, biznes (B2B) görüşləri təşkil olunacaq.

Sərgi ərəfəsində Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə bu ölkənin 4 şəhərində reklam kampaniyaları keçirilib. Belə ki, fevralın 23-dən etibarən Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycan turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Həmçinin martın 2-dən başlayaraq Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamlar yerləşdirilib və bu kampaniya martın 16-dək davam edəcək.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən hər il “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video