Alternative content

16:52 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa səfirliyində bu ölkənin turizm imkanlar barədə məlumat verilib
Fransa səfirliyində bu ölkənin turizm imkanlar barədə məlumat verilib
ANA SƏHİFƏ / Turizm
09:03 04.03.2015

Martın 4-də Fransanın Azərbaycandakı səfirliyində bu ölkənin Turizmin İnkişafı Agentliyi olan “Atout France”ın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Turizmin İnkişafı Agentliyinin fəaliyyəti, ölkəsinin turizm imkanları, viza siyasətindəki dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, agentlik Fransanın bir çox regionlarının turizm istiqamətlərini və otellərini Azərbaycanda tanıtdırır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sazişə əsasən Avropaya vizaların qiyməti iki dəfə ucuzlaşaraq 35 avro təşkil edir. Bundan əlavə, “TLS contact” şirkəti vasitəsilə onlayn görüşlər həyata keçirilir.

Diplomat, həmçinin diqqətə çatdırıb ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-dən 12-dək Bakıda Fransa qastronomiyası həftəsi keçiriləcək. Həftə çərçivəsində fransız mətbəxinin nümayəndələri gözəl zövqü olan Azərbaycan vətəndaşlarına Fransa təamlarını təqdim edəcəklər.

Fransanın Turizmin İnkişafı Agentliyinin direktoru İnessa Korotkova bildirib ki, təmsil etdiyi qurum Fransada turizmi inkişaf etdirən dövlət agentliyidir. Agentlik artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Fransa ilə maraqlanan Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır. İnanıram ki, bizim fəaliyyətimiz Azərbaycan ilə Fransa arasındakı turizm əlaqələrinin inkişafına töhfə verəcəkdir.