Alternative content

22:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatlar verilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatlar verilib
ANA SƏHİFƏ / Turizm
07:03 03.03.2015

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən bir sıra mehmanxanalara dərəcə sertifikatları verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.