Alternative content

19:06 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:03 01.03.2015

 

Qardaşım uzun illərdir Rusiyada yaşayır və həmin ölkənin vətəndaşlığını qəbul edib. Onun Bakı şəhərində də evi var. Vəsiyyətnamə tərtib etmək üçün Bakıda hər hansı bir notariusa müraciət edə bilərmi?

 

Sucəddin HƏTƏMLİ,

Bakı şəhəri

 

- Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər səviyyədə Azərbaycan Respublikasının notariuslarına müraciət etmək hüququ vardır. Notariuslar Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edirlər. Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası əmlakın qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 senyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiqlənmiş “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 200, 201 və 203-cü bəndlərində göstərilən qaydalar üzrə aparılır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi