Alternative content

22:02 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın turizm potensialı Almaniyanın müxtəlif şəhərlərində təbliğ olunur
Azərbaycanın turizm potensialı Almaniyanın müxtəlif şəhərlərində təbliğ olunur
ANA SƏHİFƏ / Turizm
05:02 26.02.2015

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu il martın 4-dən 8-dək Almaniyanın Berlin şəhərində keçiriləcək “İTB Berlin-2015” Beynəlxalq turizm sərgisində iştirakı nəzərdə tutulub.

Nazirliyin Almaniyadakı turizm nümayəndəliyi ilə əməkdaşlığı əsasında “İTB Berlin” Beynəlxalq turizm sərgisi çərçivəsində fevralın 23-dən etibarən Almaniyanın Hamburq, Münxen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycan turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, kampaniya martın 8-dək davam edəcəkdir.

Həmçinin martın 2 –dən 16-dək Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” Beynəlxalq turizm sərgisində iştirak edirlər. Eyni zamanda, bu il martın 5-də Azərbaycanın milli stendində “Happy hours” tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və KİV nümayəndələri üçün təqdimat keçiriləcək, biznes görüşləri təşkil olunacaqdır.