Alternative content

09:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan “Los-Anceles Səyahət və Macəra” turizm sərgisində təmsil olunub
Azərbaycan “Los-Anceles Səyahət və Macəra” turizm sərgisində təmsil olunub
ANA SƏHİFƏ / Turizm
09:02 25.02.2015

Azərbaycan “Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində təmsil olunub. Təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisi hesab olunur.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə ziyarətçilərə geniş məlumatlar verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə hərtərəfli məlumat əldə ediblər. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sərgi iştirakçılarının Azərbaycan və onun turist mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi marağına səbəb olub. Bannerdə Qarabağın füsunkar mənzərələri ilə yanaşı, Qarabağ atı, xalçası, həmçinin Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastırı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbinin təmsilçilərini əks etdirən rəsmlər yerləşdirilib.

Baş konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq sərgi iştirakçılarına paylanılıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və bu ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.
Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.



Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton