Alternative content

16:58 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2014-cü ildə Şamaxıya 85252 turist gəlib
2014-cü ildə Şamaxıya 85252 turist gəlib
ANA SƏHİFƏ / Turizm
09:02 20.02.2015

Fevralın 20-də Şamaxıda keçirilən hesabat yığıncağında ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələr geniş müzakirə edilib.
AzərTAc xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilib.

Bildirilib ki, 2014-cü il Şamaxı rayonu üçün uğurlu olub. Mayın 14-də Prezident İlham Əliyevin rayona səfəri və Şərədil kəndində müasir standartlara cavab verən beşulduzlu “Şamaxı Palace Platinum by Rixos” otelinin açılışında iştirakı ötən ilin ən yaddaqalan hadisələrindəndir.

Son illər rayona gələn turistlərin sayı artmaqdadır. Rayonda turizmin inkişafı istiqamətində görülən işlər çərçivəsində Sağyan kəndində “Sakit göl” istirahət mərkəzi açılıb, Pirqulu zonasında yeni turizm obyekti tikilir. Təkcə ötən il rayona 85252 turist gəlib ki, onun da 14464 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Rayonda tikinti-quruculuq sahəsində də xeyli iş görülüb, küçə və parklar əsaslı təmir olunub, Şəhidlər xiyabanı, Soyqırımı abidəsi yenidən qurulub.

Yol infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində olub. Belə ki, 13 kilometrlik Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun tikintisi başa çatdırılıb, 53 kilometrlik Şamaxı-Padarçöl yolunda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Məruzə və çıxışlarda “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə aqrar sahədə qarşıda duran təxirəsalınmaz vəzifələr barədə də ətraflı danışılıb. Bildirilib ki, rayonda cari ilin məhsulu üçün 18193 hektar sahədə taxıl əkilib. Hazırda üzümçülüyün inkişafı istiqamətində ardıcıl işlər görülür.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən də bəhs olunub.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev çıxış edərək, qarşıda duran vəzifələrdən danışıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM