Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:51 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyasının açılışında iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
12:02 09.02.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni inşa etdiyi 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib.

Prezident İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasına gəldi.

“Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına 110/35/6 kilovoltluq “Ağ şəhər -1” yarımstansiyası barədə məlumat verdi. Bildirildi ki, qapalı tipli bu yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Orijinal layihə əsasında tikilən yarımstansiya da ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin daha bir əyani nümunəsidir. Açıq tipli yarımstansiyalardan xeyli az yer tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir. Bütün yarımstansiyalarda olduğu kimi, burada da ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. “Bakıelektrikşəbəkə”nin qəza xidməti və digər xüsusi maşınları da işin operativ yerinə yetirilməsinə hərtərəfli imkan yaradır. Həmin avtomobillərdən birinci Avropa Oyunlarının keçirilməsi zamanı da geniş istifadə olunacaq.

Yarımstansiyanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkələrin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotostend yaradılıb. Burada “Bakıelektrikşəbəkə”nin 2006-cı ildə fəaliyyəti bərpa ediləndən bəri reallaşdırdığı layihələr də əksini tapıb. Yarımstansiyada işçilərin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı “Ağ şəhər – 1” yarımstansiyanın dispetçer idarəetmə otağı ilə tanış oldu.

Prezident İlham Əliyevə “Bakıelektrikşəbəkə”nin mövcud, təmirə ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq yarımstansiyaları barədə məlumat verildi. Bildirildi ki, 110 kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var.

Dövlətimizin başçısına “Ağ şəhər” kompleksinin elektrik təchizatı sxemi nümayiş etdirildi. Qeyd olundu ki, perspektiv planda “Ağ şəhər” layihəsi üzrə tələb olunan gücün qarşılanması məqsədilə yaxın gələcəkdə 110/35/6 kilovoltluq “Ağ şəhər-2”, “Ağ şəhər-3” və “Ağ şəhər-4 yarımstansiyalarının inşası, eləcə də həmin energetika qurğularının ikidövrəli 110 kilovoltluq kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub.

Bildirildi ki, köhnə yarımstansiyanın yerində inşa olunan yeni 110/35/10 kilovoltluq “Həzi Aslanov” yarımstansiyası da müasirliyi ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq “1-ci Əhmədli” hava xəttindən açılaraq 110 kilovoltluq kabel xətləri vasitəsilə iki mənbə - “Əhmədli” yarımstansiyası və “Bakı İstilik Elektrik Mərkəzi – 1” elektrik stansiyası ilə əlaqələndirilib. Bu layihə çərçivəsində “Həzi Aslanov” və “Ağ şəhər -1” yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. “Həzi Aslanov” yarımstansiyasında müasir eleqaz və vakuum tipli avadanlıq quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Qeyd olunub ki, 110/35/6 kilovoltluq “Kürdəxanı” yarımstansiyasının inşasına da kəskin ehtiyac duyulurdu. “Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində və yeni yol qovşağının inşası ilə əlaqədar 35/6 kilovoltluq 498 saylı yarımstansiyanın əvəzinə tikilən yeni yarımstansiya Sabunçu rayonu və ətraf qəsəbələrin, eləcə də gələcəkdə inşa olunacaq yaşayış komplekslərinin, istirahət, sosial obyektlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu energetika qurğusu da ən müasir avadanlıqla təchiz edilib və SCADA sisteminə qoşulub.

Prezident İlham Əliyevə yeni inşa olunan 35 kilovoltluq 7 yarımstansiya barədə də məlumat verildi. Bildirildi ki, bu yarımstansiyalar paytaxt və qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə yanaşı, ölkəmizdə beynəlxalq tədbirlərin də yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır, dairəvi təchizat sxeminin etibarlılığını daha da artırır. Yeni 35 kilovoltluq yarımstansiyaların bir qismi Azərbaycanda 2014-cü “Sənaye ili”, həmçinin ölkəmizdə sənayeləşmə siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə xidmət edir. Bundan başqa, bu yarımstansiyalar birinci Avropa Oyunları ilə əlaqədar paytaxtın elektrik şəbəkəsində reallaşdırılan mühüm və kompleks tədbirlərin də tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevə birinci Avropa Oyunları obyektlərinin elektrik təchizatı sxemi də nümayiş etdirildi.

Dövlətimizin başçısına “Bakıelektrikşəbəkə”də tətbiq edilən yüksək texnologiyalar və elektron xidmətlər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, şəbəkə şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin may ayından etibarən əhaliyə “ASAN xidmət” mərkəzlərində “Bakıelektrikşəbəkə” ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə başlanıb.

Sonra dövlətimizin başçısı “Ağ şəhər-1” yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyev yeni yarımstansiyada quraşdırılan avadanlıqlarla tanış oldu. Qeyd edildi ki, yarımstansiyanın qidalandırılması birinci dairəvi sxemə daxil olan “Liman” və “Həzi Aslanov” yarımstansiyalarından 110 kilovoltluq ikidövrəli kabel xətləri vasitəsilə yerinə yetiriləcək. Yeni yarımstansiyaların işə düşməsi ilə elektrik şəbəkəsində 9 faiz güc artımı yaradılıb. Ümumilikdə, “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin bərpa edildiyi 2006-cı ildən bəri şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 105 faiz artıb. Yarımstansiyada 50 meqavoltamper gücündə iki müasir transformator da quraşdırılıb.

Yeni yarımstansiyaların açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM