Alternative content

17:59 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 08.02.2015

 

Mobil telefon danışıqlarına görə borcum vardı. Bir müddət sonra icra şöbəsindən məktub daxil oldu ki, məhkəmə əmri ilə həmin borcun tutulması qərara alınmışdır. Halbuki həmin məhkəmə prosesindən ümumiyyətlə məlumatım olmamışdır. Bu, nə dərəcədə qanunidir? Əmr çıxarılarkən mənə məlumat verilməli deyildi?

 

Süleyman Cəbiyev,

Xırdalan şəhəri

 

- Müəyyən kateqoriya işlərə məhkəmədə əmr icraatında sadələşdirilmiş qaydada baxılması mümkündür. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Qeyd etdiyimiz kimi, əmr icraatı işə baxılmasının sadələşdirilmiş qaydasını nəzərdə tutduğundan məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Lakin qanunvericilik məhkəmə əmri ilə razı olmadığı halda borcluya müəyyən hüquqlar vermişdir. Belə ki, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi, 275, 280, 282, 283-cü maddələr).  

 

 Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi