Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:43 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
02:01 22.01.2012

 

Mənim və həyat yoldaşımın soyadı "Hüseynov"dur. Lakin uşağımıza atasının adına uyğun olaraq "Etibarlı" soyadını vermək istəyirik. Bu, mümkündürmü?

Hicran Hüseynova,

Bakı şəhəri

 

- Uşağın soyad daşımaq hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 53-cü maddəsində təsbit olunmuşdur. AM-in 53.1-ci maddəsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. AM-in 53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. AM-in 53.3 və 53.4-cü maddəsində nəzərdə tutulmuş hüquq normaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 4-cü bəndində də öz əksini tapmışdır.

Deyilənləri aşağıdakı şəkildə də izah etmək olar:

1. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir.

2. Əgər hər iki valideynin soyadı eynidirsə, məsələn, "Məmmədov"dursa,  onda uşağın soyadı əlbəttə ki, "Məmmədov" olacaqdır.

3. Əgər valideynlərin soyadı müxtəlifdirsə, məsələn, "Məmmədov" və "Hüseynov", onda valideynlər qarşılıqlı razılığa gələrək uşağın soyadını ya "Məmmədov" ya da "Hüseynov" qoya bilərlər.

4. Əgər soyadları müxtəlif olan valideynlər arasında fikir ayrılığı yaranarsa, onda bu fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll ediləcəkdir.

5. Uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın verilməsi AM və adı çəkilən qaydalarda nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin mümkünlüyünü nəzərdə tutur.

 

Yaş yarımlıq uşağım var. Ona qulluq etmək üçün məzuniyyətə çıxmaq istəyirəm. Lakin iş yerindən mənə bildirdilər ki, yalnız uşaq xroniki xəstə olduğu hallarda, belə bir hüquqa malikəm. Bu doğrudurmu?

 

Xədicə Nəcəfli,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 127-ci maddəsinin ("Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları") I hissəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Həmin maddənin II hissəsinə əsasən uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Göründüyü kimi, ƏM-in 127-ci maddəsi sizə uşağınız 3 yaşına çatanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququ verir.

O ki qaldı, işəgötürənin arqumentinə, çox güman, bu, ƏM-in 130-cu maddəsinin ("İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri" adlanır) "a" bəndində nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlə bağlıdır. Həmin bəndə görə, işçilərin xahişi ilə bir iş ilində həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək ödənişsiz məzuniyyət verilir.

Göründüyü kimi, ƏM-in 130-cu maddəsinin "a" bəndinin sizə tətbiq edilməsi üçün əsas yoxdur. Çünki siz ödənişsiz deyil, qismən ödənişli sosial məzuniyyət hüququnuzu həyata keçirmək istəyirsiniz. Bunlar isə ƏM-in 112-ci maddəsində məzuniyyətin müxtəlif növləri kimi nəzərdə tutulmuşdur.

Beləliklə, siz ƏM-in 127-ci maddəsində təsbit olunmuş hüququnuzdan istifadə edə bilərsiniz, ƏM-in 130-cu maddəsinin "a" bəndi bu hüququnuzun həyata keçirilməsinə mane olmur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM