31 Yanvar 2015 12:01
294
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 16 Bakı şəhəri, 27 yanvar 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 2.3- 2.5-ci bəndlər əlavə edilsin:
“2.3. Maliyyə fəaliyyəti - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.
2.4. Əsas fondlar - təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.
2.5. Hesablama metodu - əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır.”.
2. 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər, 3 və 4 nömrəli əlavələr ləğv edilsin.
3. 4-cü hissə üzrə:
3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.1.1. uzunmüddətli aktivlər;
4.1.2. qısamüddətli aktivlər;
4.1.3. xalis aktivlər (kapital);
4.1.4. uzunmüddətli öhdəliklər;
4.1.5. qısamüddətli öhdəliklər.”;
3.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.2.1. cəmi gəlirlər;
4.2.2. cəmi xərclər;
4.2.3. ümumi mənfəət (zərər).”;
3.3. “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatın məzmunu” abzası, 4.3-cü və 4.4-cü bəndlər ləğv edilsin;
3.4. “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu” abzası və 4.5-ci bənd ləğv edilsin;
3.5. 4.6.2-ci yarımbəndə “maddələr” sözündən sonra “, o cümlədən aktiv, öhdəlik və kapitalın hərəkəti” sözləri əlavə edilsin;
3.6. 4.6.3-cü yarımbəndə “maddələr” sözündən sonra “üzrə hesablanmış və ödənilmiş məbləğlər” sözləri əlavə edilsin;
3.7. 4.6.4-cü və 4.6.5-ci yarımbəndlər ləğv edilsin;
3.8. aşağıdakı məzmunda 4.6.7-ci və 4.6.8-ci yarımbəndlər əlavə edilsin:
“4.6.7. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi;
4.6.8. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar).” .
4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir:
5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5);
5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.”.
5. 5.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş arayışlara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.”.
6. Qaydanın 1 və 2 nömrəli əlavələri yeni redaksiyada verilsin (əlavə olunur).

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

 Kabinetinin  2015-ci il 27 yanvar

tarixli 16 nömrəli qərarına

1 nömrəli əlavə

 

 

“Qeyri-hökumət təşkilatının

illik maliyyə hesabatının

forması, məzmunu və

təqdim edilməsi Qaydası”na

1 nömrəli əlavə

 

Maliyyə vəziyyəti haqqında hesabat

31 dekabr  20____ il tarixə

 

Forma №1

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı  ________________________________________________

Sahə (fəaliyyət növü)___________________________________________

Ünvan_______________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi _________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi____________________

         (manatla)

Sıra

-si

Maddələrin adı

İzahlı qeyd-

lər №

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Uzunmüddətli aktivlər

 

 

 

1.1.

qeyri-maddi aktivlər

 

 

 

1.2.

əsas fondlar

 

 

 

1.3.

uzunmüddətli debitor borcları

 

 

 

1.4.

sair uzunmüddətli aktivlər

 

 

 

1.4.1.

verilmiş uzunmüddətli avanslar

 

 

 

1.4.2.

digər uzunmüddətli aktivlər

 

 

 

2.

Qısamüddətli aktivlər

 

 

 

2.1.

ehtiyatlar

 

 

 

1

2

3

4

5

2.2.

qısamüddətli debitor borcları

 

 

 

2.2.1.

qrantlar üzrə qısamüddətli debitor borcları

 

 

 

2.2.2.

digər qısamüddətli debitor borcları

 

 

 

2.3.

pul vəsaitləri və onların ekvivalentlərı

 

 

 

2.4.

sair qısamüddətli aktivlər

 

 

 

2.4.1.

verilmiş qısamüddətli avanslar

 

 

 

2.4.2.

təhtəlhesab məbləğlər

 

 

 

2.4.3.

digər qısamüddətli aktivlər

 

 

 

3.

Cəmi aktivlər

 

 

 

4.

Xalis aktivlər (kapital)

 

 

 

4.1.

nizamnamə kapitalı

 

 

 

4.2.

ehtiyat fondu

 

 

 

4.3.

bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

 

 

5.

Uzunmüddətli öhdəliklər  

 

 

 

5.1.

uzunmüddətli öhdəliklər

 

 

 

5.1.1.

uzunmüddətli bank kreditləri

 

 

 

5.1.2.

digər uzunmüddətli öhdəliklər

 

 

 

5.2.

uzunmüddətli kreditor borcları

 

 

 

5.3.

sair uzunmüddətli öhdəliklər

 

 

 

6.

Qısamüddətli öhdəliklər

 

 

 

6.1.

qısamüddətli öhdəliklər

 

 

 

6.1.1.

qısamüddətli bank kreditləri

 

 

 

6.1.2.

digər qısamüddətli öhdəliklər

 

 

 

6.2.

vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

 

 

6.3.

qısamüddətli kreditor borcları

 

 

 

 

1

2

3

4

5

6.4.

sair qısamüddətli öhdəliklər

 

 

 

6.4.1.

qrantlar üzrə qısamüddətli öhdəliklər

 

 

 

6.4.2.

digər qısamüddətli öhdəliklər

 

 

 

7.

Cəmi öhdəliklər

 

 

 

8.

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər

 

 

 

 

Rəhbər

Baş mühasib                                                      “___”__________20____ il

 

Azərbaycan  Respublikası  Nazirlər

 Kabinetinin  2015-ci il 27 yanvar

tarixli 16 nömrəli qərarına

2 nömrəli əlavə

 

“Qeyri-hökumət təşkilatının

illik maliyyə hesabatının

forması, məzmunu və

təqdim edilməsi Qaydası”na

2 nömrəli əlavə

 

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

 

31 dekabr  20____ il tarixə

 

Forma №2

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı _______________________________________________

 

Sahə (fəaliyyət növü) _________________________________________

 

Ünvan______________________________________________________

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi _________________

                        

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi__________________

(manatla)

Sıra

№-si

Maddələrin adı 

İzahlı qeydlər 

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Cəmi gəlirlər

 

 

 

1.1.

kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

1.1.1.

uzunmüddətli aktivlərin satışından gəlirlər

 

 

 

1.1.2.

digər kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

1.2.

ianələr

 

 

 

1.3.

qrantlar

 

 

 

1.4.

dövlət büdcəsindən verilmiş maliyyə yardımları

 

 

 


1

2

3

4

5

1.5.

giriş və üzvlük haqları

 

 

 

1.6.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərini yaratmış şəxslər tərəfindən verilmiş vəsaitlər üzrə gəlirlər

 

 

 

1.7.

digər qeyri-kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

2.

Cəmi xərclər

 

 

 

2.1.

pul formasında verilmiş yardımlar

 

 

 

2.1.1.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən verilmiş qrantlar

 

 

 

2.1.2.

digər pul formasında verilmiş yardımlar

 

 

 

2.2.

natural formada verilmiş yardımlar

 

 

 

2.3.

amortizasiya xərcləri

 

 

 

2.4.

əməkhaqqı xərcləri

 

 

 

2.5.

istifadə olunmuş ehtiyatlar

 

 

 

2.6.

qrant layihələrinin icrası məqsədi ilə digər subpotratçıların xidmətlərinin ödənişi üzrə xərclər

 

 

 

2.7.

uzunmüddətli aktivlərin xaricolmasından xərclər

 

 

 

2.8.

kreditlərə görə faizlərin ödənişi üzrə xərclər

 

 

 

2.9.

sair xərclər

 

 

 

1

2

3

4

5

3.

Ümumi mənfəət (zərər)

 

 

 

3.1.

mənfəət vergisi və ya sadələşdirilmiş vergi

 

 

 

3.2.

hesabat dövrü üzrə xalis mənfəət

 

 

 

 

Rəhbər

Baş mühasib                                                      “___”__________20____ il

 

 

Azərbaycan  Respublikası  Nazirlər

 Kabinetinin  2015-ci il 27 yanvar

tarixli 16 nömrəli qərarına

3 nömrəli əlavə

 

 

“Qeyri-hökumət təşkilatının

illik maliyyə hesabatının

forması, məzmunu və

təqdim edilməsi Qaydası”na

2-1 nömrəli əlavə

 

 

 

Maliyyə fəaliyyətinin olmaması barədə arayış

 

 

 

 

 

 

31 dekabr  20____ il tarixə

 

Forma №5

 

 

 

 

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı ___________________________________________

 

Sahə (fəaliyyət növü)_____________________________________

 

Ünvan _________________________________________________

 

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi __________                      

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi____________

 

 

Hesabat dövrü ərzində təşkilatın maliyyə fəaliyyəti olmadıqda, aşağıda göstərilən şərtlərə tam əməl olunması təsdiqlənir:                                                                                          

 

 

1.

Hesabat dövrü ərzində uzunmüddətli və qısamüddətli  aktivlər (o cümlədən binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qeyri-maddi aktivlər, ehtiyatlar, material ehtiyatları, pul vəsaitləri və onların ekvivalentləri) ödənişli, əvəzsiz və ya dəyəri növbəti illərdə ödənilməsi tələb olunan (kreditlə) qaydada əldə edilməmiş və (və ya) verilməmişdir

2.

Dəyərinin növbəti illərdə ödənilməsi tələb olunan və ya əvəzsiz olaraq digər hüquqi və ya fiziki şəxslərətədbirlər təşkil edilməmiş, işlər görülməmiş və xidmətlər göstərilməmişdir, habelə digər hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş tədbirlər, görülmüş işlər və göstərilmiş xidmətlər qəbul edilməmişdir

3.

Hesabat dövrü ərzində əməkhaqqı, DSMF-yə ayırmalar, dövlət büdcəsinə vergilər və digər məcburi ödəmələr hesablanmamışdır

Qeydlər:

 

  1. Bu arayışda göstərilən tələblər ödənilmədiyi hallarda bu Qaydanın 5.1.2-ci yarımbəndinə uyğun olaraq maliyyə hesabatları tərtib olunur.

2.Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan təşkilat Azərbaycan Respublikasının Vergilər Nazirliyində fəaliyyətini müvəqqəti dayandırmışdırsa, onun fəaliyyətinin dayandırıldığı dövr göstərilir.

 

“___” __________ tarixdən             “___”_________ tarixədək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəhbər

 

 

 

 

 

 

 

Baş mühasib

         “___”

_______________

20__  il

 

 

 

 

 

 

 

 

 

M.Y.

 

 

 

 

 

 

                                         

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video