Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:23 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlərə nümunə olacaq səviyyədədir
Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlərə nümunə olacaq səviyyədədir
ANA SƏHİFƏ / Milli Məclis
01:01 20.01.2012

 

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan  nümayəndə heyəti yanvarın 19-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov dostluq qrupunun üzvlərinin Azərbaycana səfərinin münasibətlərimizin daha da dərinləşməsinə yeni töhfə verəcəyinə inamını ifadə etmişdir.

Bildirilmişdir ki, iki qardaş ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlətlərimizin başçılarının xüsusi rolu vardır.  Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlərə nümunə olacaq səviyyədədir. Türkiyənin uğuru bizim uğurumuz, ona atılmış daş Azərbaycana atılmış daşdır.

Milli Məclisin sədri demişdir ki, Fransa parlamentində uydurma "erməni soyqırımı"nın müzakirəsi hər iki ölkənin ictimaiyyətini narahat edir. Azərbaycan hər zaman, hər bir məsələdə Türkiyənin yanındadır. Qondarma "erməni soyqırımı" ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan ictimaiyyətinin və iqtidarın mövqeyi birmənalıdır. Ölkə rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayır və müvafiq tədbirlər görülür. Bildirilmişdir ki, "erməni soyqırımı" ilə bağlı məsələ Fransa parlamentinin aşağı palatasında müzakirə olunduqdan sonra, Senatın Konstitusiya Komissiyası "İnkarçılığın cəzalandırılması" adlı qanun layihəsinə mənfi rəy vermişdir. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. Azərbaycan və türk diasporları ermənilərin öz istəklərinə çatmaması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Azərbaycan parlamenti bu məsələ ilə əlaqədar Fransa parlamentinə dörd dəfə müraciət qəbul etmişdir. Ötən ilin sonunda Milli Məclisdə keçirilən müzakirələrdə çıxışlar zamanı parlament rəhbərliyi və deputatlarımız Türkiyəni dəstəklədiklərini bir daha bəyan etmişlər. 

Necdet Ünüvar səfər çərçivəsində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını demişdir. O, görkəmli dövlət xadimi Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" ifadəsini xatırlayaraq bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin ulu öndər Heydər Əliyevin söylədiyi kimi "Bir millət, iki dövlət" səviyyəsində olduğunu xüsusi qeyd etmişdir.

Qonaq demişdir ki, ortaq problemlərin həllində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti günün tələbidir. Biz bu məsələdə Bakıda keçirdiyimiz görüşlər zamanı Azərbaycanın dəstəyini bir daha hiss etdik. Ümid edirik ki, Fransa Senatında müzakirəsi gözlənilən "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul olunmayacaqdır. Biz Azərbaycan ictimaiyyətinin, ölkə rəhbərliyinin və Milli Məclis deputatlarının bu məsələdəki mövqeyini yüksək dəyərləndiririk.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

AzərTAc


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM