Alternative content

13:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Təhsil kreditləri haqqında» qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur
«Təhsil kreditləri haqqında» qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur
ANA SƏHİFƏ / Milli Məclis
12:01 20.01.2012

 

Yanvarın 19-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir. İclasda komitənin ötən ilin payız sessiyasında gördüyü işlərin hesabatı dinlənilmiş, 2012-ci il yaz sessiyası üçün qanunvericilik işləri planı və "Təhsil kreditləri haqqında" qanun layihəsi müzakirə olunmuşdur.

Komitə sədri, akademik Ziyad Səmədzadə demişdir ki, rəhbərlik etdiyi qurum payız sessiyasında məhsuldar işləmiş, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edəcək mühüm qanunların qəbuluna nail olunmuşdur. Yaz sessiyasında da bir sıra vacib qanunlar hazırlanaraq Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.

Sonra Z.Səmədzadə "Təhsil kreditləri haqqında" qanun layihəsini müzakirəyə təqdim etmişdir. Bildirilmişdir ki, komitənin üzvləri tərəfindən hazırlanmış bu qanun layihəsi ilə bağlı İqtisadi İnkişaf və Təhsil nazirliklərindən, Mərkəzi Bankdan və digər əlaqədar təşkilatlardan rəy alınmışdır. 

Sonra layihənin həmmüəllifi Əli Məsimli sənəd barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu qanun Azərbaycan Respublikasında təhsil kreditlərinin verilməsi və qaytarılması prosesində borcalan, borcverən və təhsil müəssisələri arasındakı münasibətləri tənzimləyəcək, eləcə də təhsil kreditləri sisteminə dövlət dəstəyinin verilməsinin qaydalarını müəyyən edəcəkdir.

Qanun layihəsində əsas anlayışlarla yanaşı, qanunun məqsədi, kreditlərin əhatə dairəsi, forması və istiqamətləri, təhsil kreditlərinin verilməsinin əsas prinsipləri, maliyyələşmə mənbələri, təhsil kreditinin məbləği, faiz dərəcəsi, bu kreditlərin qaytarılması və s. müddəalar əksini tapmışdır.    

Qeyd olunmuşdur ki, layihədə sosial xarakterli təhsil kreditlərinin faizsiz,  kommersiya xarakterli kreditlərin isə 5 faiz dərəcəsi ilə verilməsi nəzərdə tutulmuşdur.

Müzakirələr zamanı komitə sədrinin müavini Çingiz Əsədullayev, layihənin digər həmmüəllifi deputat Vahid Əhmədov, deputatlardan İlham Əliyev, Xanhüseyn Kazımlı və başqaları qanun layihəsi ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər.

Sonda iş planı təsdiq edilmiş, qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

 

AzərTAc