Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan hər zaman Türkiyənin yanındadır
Azərbaycan hər zaman Türkiyənin yanındadır
ANA SƏHİFƏ / Milli Məclis
12:01 20.01.2012

 

Yanvarın-19-da Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

İşçi qrupunun rəhbəri Nizami Cəfərov  hər iki ölkə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi. Deputat Azərbaycanın  hər zaman Türkiyənin yanında olduğunu vurğuladı.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar isə qeyd etdi ki, təmsil etdiyi ölkədə keçirilən parlament seçkilərindən sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni üzvləri olaraq bu, onların Azərbaycana ilk səfərləridir. O, daha sonra iki ölkənin parlamentlərarası dostluq qrupu üzvlərinin daha tez-tez görüşməsinin vacib olduğunu bildirdi. 

Sonda tərəflər arasında digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

"Azərbaycan"