19 Yanvar 2012 01:01
833
Milli Məclis
A- A+

Azərbaycan ilə Moldova arasında əlaqələr dinamik inkişaf edib

 

Yanvarın 18-də Milli Məslisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldovanın Baş naziri Vladimir Filat ilə görüşmüşdür.

Oqtay Əsədov dedi ki, Moldova nümayəndə heyətini Azərbaycanda gördüyümüz üçün çox şadıq. Azərbaycan ilə bu ölkə arasında əlaqələr müstəqillik illərində daha dinamik inkişaf etmişdir. Bu günədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmış və bu, əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Oqtay Əsədov Milli Məclisdə Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq etdiklərini bildirmişdir.

Azərbaycanın iqtisadi inkişafından, regiondakı aparıcı rolundan söz açan parlamentin Sədri dedi ki, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneə törədir və regionda təhlükəsizliyə ciddi problem yaradır. Artıq 20 ildir ki, topraqlarımızın bir hissəsi işğal altındadır. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatlar qətnamələr qəbul etsə də, hələ də Ermənistan tərəfindən bunlara əməl olunmur. 

Parlamentin Sədri Moldovanın da Dnestryanı probleminin olduğunu qeyd etmiş, bu cür problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirmişdir.

Moldovanın Baş naziri Vladimir Filat Azərbaycana səfərinin əhəmiyyətindən danışdı. Dedi ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın genişlənməsi və möhkəmlənməsi üçün zəmin yaradır. Əlaqələrimizin qədim tarixi var və bu, gələcəyə nikbin baxmağa əsas verir.

Baş nazir iki ölkə arasında mədəni, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini qeyd etmiş, Azərbaycanda və Moldovada mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. GUAM-da sədrliyin bu il Azərbaycana keçməsini yüksək qiymətləndirmiş, bu beynəlxalq təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən danışmışdır. 

Dağlıq Qarabağ və Dnestryanı münaqişələrə də toxunan V.Filat dedi ki, bu problemlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tapmalıdır.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

 

"Azərbaycan"

Foto Fərman BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video