Alternative content

13:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir
Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir
ANA SƏHİFƏ / Milli Məclis
01:01 19.01.2012

 

Türkiyə-Azərbaycan əlaqələri ayrılmazdır, bizim dostluğumuz və qardaşlığımız əbədidir.

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdə demişdir.

N.Ünüvar ümummilli liderlər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kimi qiymətli fikirlərinin xalqlarımız arasındakı qırılmaz telləri daha da möhkəmləndirdiyini xüsusi vurğulamışdır.  

Komitənin sədri Səməd Seyidov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.