Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar siyasət komitəsinin 2011-ci il payız sessiyası dövründə fəaliyyəti məhsuldar olmuşdur
Aqrar siyasət komitəsinin 2011-ci il payız sessiyası dövründə fəaliyyəti məhsuldar olmuşdur
ANA SƏHİFƏ / Milli Məclis
01:01 19.01.2012

 

Yanvarın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Eldar İbrahimov gündəlikdə iki məsələnin olduğunu bildirdi. İlk olaraq Aqrar siyasət komitəsinin 2011-ci il payız sessiyası dövründə qanunvericilik fəaliyyətinin yekunları barədə hesabat dinlənildi. Eldar İbrahimov dedi ki, komitə 2011-ci il payız sessiyası dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik fəaliyyəti sahəsəində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirmişdir. Hesabat dövründə komitənin 5 iclası keçirilmiş, bu iclaslarda 6 məsələ, o cümlədən 3 qanun layihəsi geniş müzakirə edilmişdir. Milli Məclis tərəfindən "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun üçüncü oxunuşda qəbul edilmişdir. Komitə üzvləri dövlət büdcəsinin layihəsinin və digər məsələlərin müzakirəsində fəal iştirak etmişlər.

Eldar İbrahimov onu da bildirdi ki, ötən sessiya ərzində komitə üzvləri beynəlxalq təşkilatların işində fəal iştirak etmiş, xarici ölkələrdə keçirilən seçkiləri müşahidə etmişlər. Hesabat dövründə Aqrar siyasət komitəsinə 66 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olmuş və bunlara baxılmışdır.

Hesabat nəzərə alındı.

İclasda daha sonra Aqrar siyasət komitəsinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Komitə sədri Eldar İbrahimov sessiya ərzində "Kənd təsərrüfatı kooperasiyası haqqında" (ikinci oxunuş), "Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında" qanun layihələrinin müzakirə olunacağını diqqətə çatdırdı. Bununla yanaşı, komitədə bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında məsələlərə də baxılacaq.

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, komitə üzvlərindən Novruz Aslanov və Arif Əşrəfov məsələ ilə bağlı fikirlərini bildirdilər. Yekunda Aqrar siyasət komitəsinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olundu.

 

"Azərbaycan"