Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:55 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
12:01 19.01.2012

 

Yanvarın 18-də Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsi qurbanlarının  xatirəsini anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış etmişdir.

O bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.

Amansız sovet hərb maşını tərəfindən bir neçə gün ərzində 137 nəfərin öldürüldüyünü, 700-dək dinc vətəndaşın yaralandığını, yüzlərlə insanın qanunsuz həbs edildiyini diqqətə çatdıran Fərhad Abdullayev vurğulamışdır ki, bu qanlı hadisəyə ilk olaraq kəskin  münasibətini bildirən ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat vermiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etmiş, heç kimdən çəkinmədən faciəni törədənləri cinayətkar adlandırmışdır. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya, humanizmə və SSRİ-də elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini diqqətə çatdırmışdır. Məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində informasiya blokadası yarılmışdır. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları açıqlanmışdır.

Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı acı xatirələrini danışmış, qanlı Yanvarda canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çarpdırmışlar.

Tədbirdə qeyd edilmişdir ki, şəhidlərin əziz xatirəsinə ehtiram və onların ailələrinə qayğı ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM