Alternative content

23:17 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir
“AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir
ANA SƏHİFƏ / Turizm
11:01 18.01.2015

Aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF 2015”) keçiriləcək.
“İteca Caspian” şirkətindən AzərTAc-a bildiriblər ki, “AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları vahid meydançada bir yerə toplayır. Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanan “AITF” səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət sahələrində ən son yenilikləri nümayiş etdirməklə regionda çağdaş turizm bazarının ümumi mənzərəsini göstərir.
Sərgidə hava yolları, aviadaşıyıcılar və avia-agentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxanalar, otellər şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.
Eyni günlərdə 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“HOREX Caucasus 2015”) də işə başlayacaq.
“HOREX Caucasus 2015” sərgisi turizm sənayesinin mütəxəssisləri üçün peşəkar tədbir olmaqla yanaşı, mehmanxana və restoran biznesinin aparıcı nümayəndələrinin həm dünya otel şəbəkələri, həm də kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıq, ləvazimat, məhsul və xidmətlərin istehsalçıları və təchizatçıları ilə görüş yeridir.