18 Yanvar 2012 01:01
833
Milli Məclis
A- A+

Azərbaycan ilə Gürcüstan strateji müttəfiqdirlər

 

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  üzvləri Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər. 

Komitənin sədri Səməd Seyidov xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi ənənələrə, qədim köklərə malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, eyni zamanda, strateji müttəfiqdirlər. Dövlət başçılarının siyasəti nəticəsində əlaqələrimiz daha da güclənir. Beynəlxalq təşkilatlarda hər iki dövlətin eyni mövqedən çıxış etməsi yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərimizin bariz nümunəsidir.

S.Seyidov hər iki ölkənin ərazi bütövlüyünün pozulduğunu,  Azərbaycanda 1 milyondan, Gürcüstanda isə 500 mindən çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq ictimaiyyət bu insanların problemləri ilə az maraqlanır. Bu məsələdə dövlətlərimiz bir-birlərinə dəstəyi daha da gücləndirməlidirlər.

Fridon Todia xalqlarımızın sadəcə  qonşu deyil, yaxın dost olduğunu diqqətə çatdırmış, Gürcüstanın hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi vurğulamışdır. 

Görüşdə ölkələrimiz arasında mədəni, sosial, iqtisadi, elm və təhsil sahələrində əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video