Alternative content

18:31 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizək mövsümünə başlanılıb
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizək mövsümünə başlanılıb
ANA SƏHİFƏ / Turizm
03:01 14.01.2015

Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizək mövsümünün açılışı olub.
Kompleksin marketinq şöbəsinin rəhbəri Ruslan Rəhimov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, bölgədə ən çox turist qəbul edən bu obyektin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə inşaat işləri görülür. Ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri tamamlanıb. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar açılıb, bütün dağ-xizək yolları süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.

Ruslan Rəhimovun sözlərinə görə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən bir il ərzində 137 min 500 nəfər yerli və xarici qonaq bəhrələnib.
Qəbələdə qış turizminin inkişafına təkan verən bu kompleksdə artıq yeni xizək mövsümünə start verilib. Son günlər Qəbələyə yağan qar kompleksin dağ-xizək yolunda qalın və keyfiyyətli qar örtüyü yaradıb. Artıq Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən xizək həvəskarları Qəbələyə gəlirlər.
Marketinq şöbəsinin rəhbəri müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turların təşkil edildiyini də bildirib. Turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər. Turistlər bir nəfər üçün 10 manat pul ödəməklə kompleksin 3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə qət edə bilirlər. Onlar 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı əldə edirlər.
Turistlər xizəkdən istifadə etmək üçün isə yarım gün üçün 20 manat ödəməli olurlar. Hazırda xizək yolunda 5 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Ötən qış mövsümündə isə cəmi bir sürüşmə zolağından istifadə olunurdu.