Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Turizm Təşkilatı FİTUR beynəlxalq sərgi çərçivəsində silsilə tədbirlər keçirəcək
Dünya Turizm Təşkilatı FİTUR beynəlxalq sərgi çərçivəsində silsilə tədbirlər keçirəcək
ANA SƏHİFƏ / Turizm
12:01 02.01.2015

2015-ci il yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə FİTUR beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgi çərçivəsində Dünya Turizm Təşkilatının (DTT) silsilə tədbirləri nəzərdə tutulub.
AzərTAc təşkilatın saytına istinadla xəbər verir ki, beynəlxalq turizm sərgisinin birinci günü DTT-nin XI “Mükəmməllik və yenilik” mükafatının təqdimat mərasimi keçiriləcək.
Silsilə tədbirlərə DTT-nin airinci alış-veriş turizm konfransı, qoşulmuş üzvlər şurasının 39-cu iclası, DTT-nin birgə təşkilatçılığı ilə Afrika üzrə VI Turizm İnvestisiya və Biznes Forumu, Afrika və Orta Şərq turizm nazirlərinin görüşü, turizm xidmətlərində hamı üçün texnologiya və digər tədbirlər daxildir.
Turizm sektorunda davamlı tələbat və istehsal məsələlərinə dair milli və beynəlxalq təşəbbüsləri əhatə edən “FITUR GREEN 2015” nəşri yanvarın 28-dən 30-dək “dəyirmi masa”lar, təqdimatlar və seminarlar formatında təqdim olunacaq.

Qeyd edək ki, 2015-ci ildə FİTUR öz fəaliyyətinin 35 illiyini qeyd edir.
Azərbaycanı FİTUR beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.