15 Yanvar 2012 12:01
863
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

İşlədiyim müəssisədə mühasibatlıq səhvən əməkhaqqımı çox hesablayaraq mənə ödəmişdir. Artıq ödənilmiş pulun geri alınması mümkündürmü?

 

M.Qasımlı,

Şirvan şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə əsasən, mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulur. Həmin maddənin 3-cü hissəsinə görə, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

Göründüyü kimi, sizə səhvən  artıq verilmiş pulun işəgötürənin sərəncamı ilə əməkhaqqınızdan tutulması mümkündür. Lakin nəzərə almaq lazımdır ki, artıq ödənilmiş pulun tutulması yalnız onun verildiyi gündən bir ay müddətində aparıla bilər. Əgər düzgün hesablanmamış pulun sizə verildiyi gündən bir aydan çox müddət keçmişdirsə, sizdən həmin məbləğ tutula bilməz.

 

Məcburi köçkünəm. Pensiyaya çıxmaq istəyirəm, lakin əmək kitabçam Ağdam rayonunda qaldığı üçün iş stajımı təsdiq edə bilmirəm.  Belə hallarda iş stajı necə müəyyən edilir? 

 

Əminə Məmmədova,

Ağdam rayonundan məcburi köçkün

 

- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli əmri ilə təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 3.4-cü bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

Odur ki, sosial sığorta stajınızın  müəyyən olunması üçün məskunlaşdığınız ərazi üzrə rayon məhkəməsinə müraciət etməlisiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video