Alternative content

01:25 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elektron turist vizasının tətbiqi ölkəmizdə gəlmə turizminin inkişafı üçün yeni imkanlar açır
Elektron turist vizasının tətbiqi ölkəmizdə gəlmə turizminin inkişafı üçün yeni imkanlar açır
ANA SƏHİFƏ / Turizm
02:12 30.12.2014

 

Ölkəmizə gələn xarici turistlərin sayının artırılması, gəlmə turizminin daha da inkişaf etdirilməsi və bu sahədə olan problemlərin həll olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, hazırda elektron turist vizasının verilməsi ilə bağlı nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.

2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn xarici turistlərin sayı 6.147 nəfər təşkil edib. 2014-cü ilin ilk altı ayında bu rəqəm 11.933 nəfər olub.

Bütün bunlar deməyə əsas verir ki, bu sistem vasitəsilə elektron turist vizası alan xarici turistlərin sayı artacaq və gəlmə turizmi inkişaf edəcəkdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM