Alternative content

19:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub
Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub
ANA SƏHİFƏ / Milli Məclis
02:12 29.12.2014

Dekabrın 29-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə ölkəmizdə təkmil vergi qanunvericiliyinin olduğunu, bunun dövlət büdcəsinə nəzərdə tutulan vəsaitlərin toplanmasına imkan verdiyini, lakin zaman ötdükcə bu sənədə müvafiq dəyişikliklərin edilməsi zərurətinin yarandığını bildirib. O, qeyd edib ki, bu qanun layihəsi sosialyönümlüdür.
Vergilər nazirinin birinci müavini Natiq Əmirov qanun layihəsində dəyişikliklər barədə məlumat verib. Vurğulanıb ki, dəyişikliklərdə yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan maddə əlavə edilir. Dəyişikliyə əsasən ölkə ərazisində istehsal olunan içməli spirtə, pivə və spirtli içkilərin bütün növlərinə, tütün məmulatlarına, ölkəyə idxal edilən minik avtomobillərinə, istirahət və idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərədə tutulan digər üzən vasitələrə tətbiq edilən aksiz dərəcələri dəyişdirilib və ölkə ərazisinə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz aksizli mallara aid edilib.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.