Alternative content

16:57 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın turizm potensialına dair reklam çarxlarını və verilişləri MDB və Baltikyanı dövlətlərdən 50 milyonadək tamaşaçı izləyib
Azərbaycanın turizm potensialına dair reklam çarxlarını və verilişləri MDB və Baltikyanı dövlətlərdən 50 milyonadək tamaşaçı izləyib
ANA SƏHİFƏ / Turizm
12:12 25.12.2014

Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq “Rossiya-1”, “Rossiya-2”, “Moya planeta”, “STS” və digər telekanallarda nümayiş olunub.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, belə verilişlərdən biri ayrılıqda 26 dəqiqə olmaqla 2 hissədən ibarət “Nespokoynoy noçi” verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarıdır. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində “youtube” portalında 300 minədək baxış olub.
Ölkəmizdə təntənəli qeyd olunan Novruz bayramı haqqında hazırlanmış ümumilikdə 78 dəqiqədən ibarət 3 film “Planeta vkusov” layihəsində nümayiş olunub. Filmin hazırlanmasında əsas məqsəd Novruz bayramını Rusiya və MDB-də daha da tanıtmaq və bu bayram ərəfəsində Azərbaycana daha çox turist axınını təmin etməkdir.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında “Za kadrom” televiziya layihəsinin geniş tərkibdə çəkiliş qrupunun Azərbaycana aid buraxılışları “Rossiya-1”, “Rossiya-2”-də yayımlanıb. Çəkilişləri Bakı şəhərində, Quba və Xızı rayonlarında aparılan veriliş 26 dəqiqədən ibarətdir.
Göyçay rayonunda nar bayramı zamanı Rusiyadan dəvət olunmuş çəkiliş heyətinin hazırladığı verilişin 2015-ci ilin mart ayından etibarən “Ne jizn, a prazdnik: prazdnik qranata” layihəsində nümayişi nəzərdə tutulub. Həmin layihə 44 dəqiqədən ibarət olacaq. Çəkilişlər zamanı milli dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxlarını və verilişləri MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 milyonadək tamaşaçı izləyib.
Azərbaycanın turizm və mədəniyyət potensialının Rusiyada təbliğatının vacibliyini nəzərə alaraq, müvafiq istiqamətdə işlər 2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələrində davam etdiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM