Alternative content

18:04 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Turizm və Menecment Universiteti yaradıldı
Azərbaycan Turizm və Menecment Universiteti yaradıldı
ANA SƏHİFƏ / Turizm
07:12 22.12.2014

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılması haqqında Sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında yaradılan yeni ali təhsil müəssisəsi ali təhsilin bütün pillələrində kadr hazırlığını həyata keçirəcəkdir.
Azərbaycan Turizm və Menecment Universitetinin  təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyəti göstərməsi, maddi-texniki təminatı, nizamnaməsinin layihəsinin hazırlanması üçün müvafiq qurumlara göstərişlər verilib.