Alternative content

15:59 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyaca məşhur səyahət saytı Bakını yüksəlməkdə olan ən yaxşı turizm məkanlarından biri hesab edib
Dünyaca məşhur səyahət saytı Bakını yüksəlməkdə olan ən yaxşı turizm məkanlarından biri hesab edib
ANA SƏHİFƏ / Turizm
07:12 22.12.2014

Amerikanın dünyaca məşhur səyahət saytı olan “Tripadvisor”un apardığı tədqiqatlara görə Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib. Bakı Asiya regionunda “Yüksələn turizm məkanları” kateqoriyasında 6-cı yer tutub (http://www.tripadvisor.com/TravelersChoice-DestinationsontheRise-cTop10-g2).

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, araşdırma səyahət etdikləri bu və ya digər ölkə, şəhər barədə öz təəssüratlarını bölüşmüş milyonlarla turistin rəylərinin təhlili əsasında aparılıb. Yuxarıda qeyd edilən “Yüksələn turizm məkanları” kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.

Beləliklə, dövlətin ölkəmizdə turizmin inkişafı üçün göstərdiyi xidmətlər beynəlxalq səviyyədə də etiraf edilir. Bunun da ən yaxşı nümunəsi məhz, nüfuzlu saytın verdiyi yüksək qiymətdir.