Alternative content

13:04 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
02:12 21.12.2014

 

Üç qardaşıq. Atamız vəfat edib. Ondan miras qalan mənzilə hüquqlarımızı qeydə aldırana qədər qardaşlarımdan biri mənzilə dair yalnız öz adına çıxarış almış və  götürdüyü kreditin təminatı kimi mənzili bankın xeyrinə yüklü etmişdir. Biz,  digər iki vərəsə məhkəmə vasitəsilə mənzilə dair mülkiyyət hüquqlarımızı bərpa etsək də, ipotekadan azad edə bilmədik, halbuki biz həmin mənzili ipotekə qoymamışıq. Bu, nə dərəcədə qanunauyğundur?

                       

Azad Bağırlı,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 271.1-ci maddəsinə görə, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

MM-in 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

Beləliklə, qeyd edilən normalardan aydın olduğu kimi, qanun ipoteka hüququnu vicdanlı şəkildə əldə etmiş şəxslərin hüquqlarına təminat verir. Nəzərə almalısınız ki, bank mənzil üzərində ipoteka hüququnu etibarsız (MM-in 271-ci maddəsinin 1-ci cümləsi, 337.1 və 337.4-cü maddələrinin tələbinə görə) ipoteka müqaviləsi əsasında deyil, birbaşa qanuna (MM-in 140, 149.2 və 271.1-ci maddələrinə) söykənməklə əldə etmişdir. Bu mənada ipoteka müqaviləsinin etibarsızlığı bankın ipoteka hüququnun itirilməsinə səbəb ola bilməz. Çünki bank burada hüququ vicdanlı əldə edən şəxs kimi çıxış edir.  

 

 Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM