Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daxili turizmin təbliği ölkəmizə turizm məkanı kimi marağı artırır
Daxili turizmin təbliği ölkəmizə turizm məkanı kimi marağı artırır
ANA SƏHİFƏ / Turizm
06:12 19.12.2014

Turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə turizmin müasir tələblərə uyğun təşkili, xidmət keyfiyyətinin artırılması, regionda, eləcə də dünyada Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində məsuliyyətli bir qurum kimi Mədəniyyət və Turizm Nazirliyi davamlı olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın daxili turizm potensialı, ilk növbədə bölgələrin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə yerlərdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər infrastrukturun yaradılması xarici turistlərin ölkəmizə marağını artırıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmin təbliği və təşviqi, eləcə də ölkə əhalisinin turizmə marağının artırılması, onlara turizm vərdişlərinin aşılanması, gənc nəslin bölgələrimizi daha yaxşı tanıması və vətənpərvərlik ruhunda böyüməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər görülüb.

Belə tədbirlərdən biri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IX-XI sinif şagirdləri üçün keçirilmiş maarifləndirici “Ölkəmizi tanıyaq” tur-aksiyasıdır.

Turlarda respublikamızın 65 şəhər və rayonundan ümumilikdə 3040 şagird iştirak edib. Bu layihə ölkə ictimaiyyəti, xüsusilə də şagirdlər arasında böyük marağa səbəb olub. Turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətinin, adət və ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onlarda səyahət və turizm vərdişlərinin aşılanmasına öz müsbət töhfələrini verib.

Daxili turizmin dəstəklənməsi və təbliği, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Birinci Mövsüm Səyahət Yarmarkası keçirilib. Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif edib. Turizm sənayesi nümayəndələri təxminən 5000 nəfərə öz xidmət və məhsulları barədə məlumat veriblər.

Bölgələrdə yeni mədəni və digər tematik marşrutların yaradılması və təbliği istiqamətində işlərin davamı olaraq, Azərbaycanın Qərb bölgəsində “Azərbaycanda alman yaşayış məskənləri”, eləcə də “Qədim Qafqaz Albaniyasının tarixi izləri” adlı mədəni turizm marşrutları ilə təşviq, Gədəbəy rayonunun mövcud turizm potensialını tanıtmaq məqsədilə cari ildə “Azərbaycanda Alman məskənləri” və “Qədim Qafqaz Albaniyasının tarixi izləri” adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bölgəyə infotur təşkil olunub.

Bu ilin mayında Azərbaycanda akkreditasiyadan keçmiş 28 dövlətin diplomatik nümayəndələrini şimal (Quba-Qusar), noyabrda isə 27 ölkənin diplomatik nümayəndələrini şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutları üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur keçirilib.

Təşviqat xarakterli belə tədbirlərin keçirilməsi son zamanlar daxili turizmdə canlanma müşahidə olunmasına bariz nümunədir.