Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
12:01 12.01.2012

 

Yanvarın 9-da və 10-da Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.  Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 9-da keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Binəqədi və Lənkəran rayon məhkəmələrinin müraciətlərinə baxılaraq onların icraata qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.

Yanvarın 10-da keçirilən iclasda isə Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 33-cü maddəsinə əsasən  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş "könüllü gəlib təqsirini boynuna alma" və Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş "bu məcəllənin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda" müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 57-ci, 60-cı və 71-ci maddələri baxımından şərh edilməsi ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətlərə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 17-nə və fevralın 3-nə təyin edilmiş iclaslarında baxılacaqdır.