Alternative content

12:16 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
09:12 16.12.2014

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2013-cü il 7 noyabr tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 78-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsini həll edir.

Məhkəmə tərəfindən belə işlər üzrə icraatın dayandırılması məsələsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.