Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1988-ci ildə ailə həyatı qurmuşam və həmin ildən gəlin köçdüyüm evdə qeydiyyata düşmüşəm. Yaşadığımız mənzilin orderi qayınanamın adına idi, onun vəfatından sonra həmin ev orada qeydiyyatda olmayan baldızımın adına keçdi. Baldızım ailəsi ilə birlikdə yaşadığımız mənzilə köçdü. İki qızımla qeydiyyatımızın həmin ünvanda olmasına baxmayaraq, həyat yoldaşım da rəhmətə getdiyindən onlarla eyni mənzildə yaşamağı münasib saymadıq. Ev əşyalarım da hazırda oradadır. Bilmək istəyirəm, həmin evi satmaq və bölmək ixtiyarına malikikmi?
Q.Cəmilə
Bakı şəhəri
- Sualınızdan belə aydın olur ki, qayınananızın vəfatından sonra mənzilə dair kirayə müqaviləsi baldızınızla bağlanmışdır. Nəzərə alsaq ki, mənzil üzərində sərəncam vermək, o cümlədən onu özgəninkiləşdirmək (satmaq, bağışlamaq və s.) hüququ yalnız həmin mənzilin mülkiyyətçisinə məxsusdur, onda siz həmin mənzilin satılmasını və satışından əldə ediləcək pulun bölünməsini tələb etmək hüququna malik deyilsiniz.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi