Alternative content

12:57 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Finlandiya parlamentinin deputatları Milli Məclisdə olmuşlar
Finlandiya parlamentinin deputatları Milli Məclisdə olmuşlar
ANA SƏHİFƏ / Milli Məclis
01:01 10.01.2012

 

Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik  və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Finlandiya  parlamentinin nümayəndə heyəti ilə görüşdü.

Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan Finlandiya ilə dövlətlərarası və parlamentlərarası əlaqələrin daha da intensivləşməsinə önəm verir. Əmin olmaq istərdik ki, yeni ildə əlaqələrimiz daha da güclənəcək. Əlaqələrin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyəti var. 

Söhbət zamanı Azərbaycanın demokratik  dəyərlərə böyük önəm verdiyini  qeyd  edən  Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin inkişafı barədə qonaqlara ətraflı məlumat verdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açan Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Azərbaycanın 20 faiz torpağı hələ də işğal altındadır. Bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır, BMT-nin, Avropa  İttifaqının, Avropa Şurasının qəbul etdiyi bütün qətnamə və qərarlara məhəl qoymur. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək  iqtidarında olsa da, məsələnin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun  şəkildə, ədalətli həllinə tərəfdardır. 

Finlandiya  parlamentinin deputatı İlkka Kanerva səmimi  görüşə və  ətraflı  məlumata görə minnətdarlığını bildirdi.  Azərbaycana  ilk dəfə  2008-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri kimi səfər etdiyini deyən qonaq ölkəmizin inkişafından  məmnun  qaldığını dedi.

İlkka Kanerva qeyd  etdi ki, Azərbaycan Cənubi Qafqazda çox güclü geostrateji mövqeyə malikdir. Finlandiyanın Dağlıq Qarabağ probleminin ədalətli həllinə tərəfdar olduğunu deyən qonaq səfər müddətində qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciklərə getmək arzusunda  olduqlarını bildirdi.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir  mübadiləsi aparıldı.

 

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM