Alternative content

14:56 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq
Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq
ANA SƏHİFƏ / Milli Məclis
01:01 07.01.2012

 

Yanvarın 6-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Belçika  Parlamentinin üzvlərinə demokratik, hüquqi, dünyəvi dövlət quran Azərbaycanın keçdiyi inkişaf yolu, parlamentin fəaliyyəti, beynəlxalq əlaqələri, ölkədə mövcud söz, fikir, vicdan azadlığı barədə geniş məlumat verdi. Bildirdi ki, ölkəmizlə Avropa Parlamenti arasında əlaqələr inkişaf edir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Artıq 20 ildir ki, torpaqlarımız işğal altındadır. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatlar qətnamələr qəbul etsə də, bunlara əməl olunmur. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir. Azərbaycan regionda sülhün qorunub saxlanılmasında xüsusi rola sahibdir. Biz, eləcə də digər Avropa ölkələri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq. Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik.

Görüş üçün təşəkkürünü bildirən Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşağ ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Dedi ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə bir daha yaxından tanış olduq. Ölkəniz sürətlə inkişaf edir. Hesab edirik ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi də tezliklə ədalətli həllini tapacaqdır.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin sayının artırılması, beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.