Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünyanın aparıcı biznes turizm jurnalında
Azərbaycan dünyanın aparıcı biznes turizm jurnalında
ANA SƏHİFƏ / Turizm
11:12 03.12.2014

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizin dünya turizm bazarında inkişaf edən bir biznes turizm məkanı kimi tanıdılması yolunda daha bir mühüm nailiyyətə imza atıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşrlərindən olan “ICJ MICE” jurnalının qış nömrəsində Azərbaycan və ölkəmizin turizm bazarı haqqında məqalə dərc olunub.

Almaniyada nəşr olunan jurnal oxucularını ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün səmərəli və dinamik inkişaf edən məkan kimi göstərib.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində imkanlarının vurğulandığı məqalədə, həmçinin müxtəlif görüş və iclasların keçirilməsi üçün əlverişli təsisatları olan dəbdəbəli “Kempinski Hotel Badamdar”, “Hyatt Regency Baku”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Hotel”, “Jumeirah Bilgah Beach Hotel” və “Hilton Baku” kimi beynəlxalq mehmanxanalardan bəhs edilib.

Jurnal eyni zamanda Bakının heyranedici mənzərələrindən, UNESCO-nun dünya irs siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, orta əsr şərq memarlığının şah əsəri sayılan Şirvanşahlar Sarayı Kompleksi, möhtəşəm Heydər Əliyev Mərkəzi, şəhərin müasir simvollarından birinə çevrilmiş Alov Qüllələri və digər tarixi abidə və məkanlarından yazıb.

İldə iki dəfə 17 min nüsxə tirajla çap olunan jurnal aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox şirkət və firmalar ilə əməkdaşlıq edir. Alman dilində çap olunan jurnal Almaniya, Avstriya və İsveçrədə yayımlanır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM