Alternative content

12:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın arxeoloji turizm layihəsi İstanbulda keçirilən beynəlxalq tədbirdə nümayiş olunub
Azərbaycanın arxeoloji turizm layihəsi İstanbulda keçirilən beynəlxalq tədbirdə nümayiş olunub
ANA SƏHİFƏ / Turizm
11:11 26.11.2014

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində nazirlərin 30-cu sessiyası işə başlayıb.

Sessiya çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsinin təqdimatı olub.

Videoçarx vasitəsilə keçirilən təqdimatda layihənin koordinatoru Türkan Rüstəmova COMCEC-ə üzv olan dörd ölkəni - Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən layihə barədə ətraflı məlumat verib.



Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul