Alternative content

11:52 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib
ANA SƏHİFƏ / Turizm
02:11 26.11.2014

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin əmək, turizm və tarixi əsərlər naziri Nidal Murdi Abdullah Katamin ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan iordaniyalı nazir qeyd edib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması turizm sahəsində əməkdaşlığın da inkişafına zəmin yaradır.

Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirən səfir ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Diplomat Azərbaycanın qədim İpək Yolu üzərində yerləşdiyini, hələ qədim dövrlərdən ölkəmizin ərazisindən böyük ticarət karvanlarının keçdiyini və Avropanın “Şərq qapısı” olduğunu bildirib. S.Ağabəyov Azərbaycanda son illər turizm sahəsində mühüm islahatların aparıldığını, viza verilməsi prosesinin təkminləşdirildiyini, paytaxtda və regionlarda müasir otellərin və turizm obyektlərinin yaradıldığını bildirib.

Səfir 2015-ci ildə keçiriləcək XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştiraka dair dəvət məktubunu nazirə təqdim edib.


Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM