23 Noyabr 2014 12:11
274
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 368                                    Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1998, № 10, maddə 637; 2001, № 10, maddə 663; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 5, maddə 463, № 9, maddə 822; 2009, № 1, maddə 32; 2012, № 5, maddə 482) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bəndin altıncı abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

2. 1.7-ci bənddə “təbiəti mühafizə edən” sözləri “ətraf mühiti mühafizə edən” sözləri ilə, “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin.

3. 2.5-ci bəndin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“balıq və digər su bioresurslarının həvəskar ovu;”.

4. 2.6.14-cü yarımbəndin on üçüncü abzasında “balıq” sözü “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin.

5. 2.8-ci bəndin birinci və ikinci abzaslarında, 3.6-cı bənddə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının həvəskar ovu” sözləri ilə, 3.1-ci bəndin üçüncü abzasında və 3.6-cı bənddə “idman-balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman ovu” sözləri ilə, 3.6-cı bənddə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

6. 3.5.18-ci bəndin yeddinci abzasında “balıq ovunda” sözləri “balıq və digər su bioresurslarının ovunda” sözləri ilə əvəz edilsin.

7. 4.9.5-ci yarımbənddə “təbiəti və balıq ehtiyatlarını mühafizə edən” sözləri “ətraf mühitin mühafizəsinə dövlət nəzarətini və balıq mühafizə xidmətini həyata keçirən” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video