Alternative content

05:31 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:12 31.12.2011

 

Məhkəmə qətnaməsi əsasında bir uşağım üçün 4 ildir ki, aliment ödəyirəm. İndi ödədiyim məbləği azaltmaqdan ötrü məhkəməyə müraciət etmək istəyirəm. Məhkəməyə iddiamın əsası kimi hansı sənədləri təqdim etməliyəm?

 

Surxay Dadaşov,

Sumqayıt şəhəri

 

- Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə, əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olubsa, həyata keçirə bilər. Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər. Məsələn, siz yeni nikaha daxil olmusunuzsa və bu nikahdan övladınız varsa, onda nikah haqqında şəhadətnamənin və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş surətini əlavə etməlisiniz; və ya maaşınızda azalma olmuşdursa, iş yerindən əməkhaqqının azalması barədə arayışı təqdim etmək lazımdır. İş yerindən çıxmısınızsa və heç bir yerdə işləmirsinizsə, onda işdən çıxarılma barədə əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.

 

16 yaşım var. İşə qəbul olunarkən əmək müqaviləsinin bağlanması zamanı valideynlərimdən birinin razılığının olması tələb edildi. Bu qanunidirmi?

Anar Bağırlı,

Bakı şəhəri

 

- Bu tələb qanunauyğundur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsindən irəli gəlir. Həmin maddəyə görə on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM