Alternative content

04:11 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli təlimçilər “Şahdağ” Qış-Yay Turizm Kompleksində xidmət sahəsi üzrə təlimlər keçir
Türkiyəli təlimçilər “Şahdağ” Qış-Yay Turizm Kompleksində xidmət sahəsi üzrə təlimlər keçir
ANA SƏHİFƏ / Turizm
11:11 18.11.2014

Noyabrın 17-dən başlayaraq Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları keçirilir.

AzərTAc xəbər verir ki, 8 gün davam edəcək kurslar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün nəzərdə tutulub.

“Şahdağ” Qış-Yay Turizm Kompleksində təşkil olunan təlim-tədris kurslarında mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması sahələri, eləcə də mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərslər Türkiyədən dəvət olunan təlimçilər tərəfindən tədris edilir.

Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.

Noyabrın 24-də başa çatacaq kurslarda iştirak edən dinləyicilərə sertifikatlar təqdim olunacaq.