Alternative content

19:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:11 16.11.2014

 

Atamın vəfatından sonra ona məxsus mənzil mənə və 3 qardaşımın adına keçmişdir. Lakin atamın bir şəxsə pul borcu da var. Qardaşlarımdan ikisi ölkədə olmadığından həmin şəxs borcun hamısını məndən və digər qardaşımdan tələb edir. Borc verən tələbində haqlıdır?

 

İlkin NƏCƏFLİ,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 500.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. MM-in 500.2-ci maddəsinə uyğun olaraq, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. MM-in 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi  tam ödəməyə borcludurlar.

Göründüyü kimi, MM-in 1306.1-ci maddəsi vərəsələrin birgə borclu kimi çıxış etməsini təsbit edir. MM-in 500.1-ci maddəsi isə birgə borclu anlayışını müəyyənləşdirərkən birgə borcluların hər birinin öhdəliyin qismən deyil, tam icrasında iştirak etmək öhdəliyi daşıdığını vurğulayır. Bu baxımdan, kreditorun (yəni konkret halda, borc verənin) borcun hamısını vərəsələrdən birindən və ya bir neçəsindən tələb etmək hüququ var. Bu həm də kreditorun haqlı mənafelərinin müdafiəsi baxımından əhəmiyyət kəsb edir. Çünki kreditorun üzərinə vərəsələrdən hər birini ayrılıqda müəyyənləşdirib borcun qismən (yəni onlarn mirasdakı payına uyğun hissədə) icrasını tələb etmək kimi əlavə yükün qoyulması ədalətli olmazdı.

Beləliklə, kreditorun tələbi MM-in 500 və 1306.1-ci maddələrinə əsaslanmaqla tamamilə haqlıdır. Siz və qardaşınız həmin borcu ödədikdən sonra digər vərəsələrdən onların əvəzinə ödəmiş olduğunuz borcu reqres qaydasında geri tələb etmək hüququna maliksiniz (MM, 509.1-ci maddə).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi