Alternative content

10:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci Mövsüm Turizm Bazarı
Birinci Mövsüm Turizm Bazarı
ANA SƏHİFƏ / Turizm
03:11 15.11.2014

Noyabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası tərəfindən Birinci Mövsüm Turizm Bazarı keçirilib.

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Bildirib ki, Birinci Mövsüm Turizm Bazarında ölkəmizdə fəaliyyət göstərən 15 turizm şirkəti və 10 mehmanxana təmsil olunub. Yarmarkanın məqsədi daxili turizmin dəstəklənməsi və təbliği, respublikamızda fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanaların təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunmasıdır. İstərdik ki, ölkəmizin əhalisi bir məkanda turist şirkətlərinin hazırladıqları çoxsaylı təklifləri əldə edə bilsinlər. Ümid edirik ki, bu ilk keçirilən yarmarka gələcək üçün yaxşı bir nümunə olacaq.

Mövsüm Turizm Bazarının ildə üç dəfə, Yeni il, Novruz bayramı və yay ərəfəsində təşkili nəzərdə tutulub.

Birinci Mövsüm Turizm Bazarında gün ərzində müxtəlif uduşlar keçirilib.