29 Dekabr 2011 01:12
769
Konstitusiya məhkəməsi
A- A+

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair Şəki Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını və ekspertin rəyini dinləyib işin materiallarını müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, səhmdar cəmiyyətinin ümumi yığıncağında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü, 107-2.1-ci və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur. Bu qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların qanunvericilikdə müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Mülki qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilənədək məhkəmələr nəzərə almalıdırlar ki, səhmdar cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilən məhdud məsuliyyətli cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların ləğvetmə paylarının verilməsi tələbi çevrilmə haqqında ümumi yığıncağın qərarının qəbulundan sonra təmin olunmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video