Alternative content

05:06 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən qəribə və möhtəşəm otelləri
Dünyanın ən qəribə və möhtəşəm otelləri
ANA SƏHİFƏ / Turizm
12:11 04.11.2014

Katikies Oteli – Yunanıstan

Kaldera falezlərinin içərisində inşa edilmiş bu otel möhtəşəm Egey Dənizi mənzərəsinə sahibdir.

Juvel Oteli – Norveç

Bu otelin ən gözəl xüsusiyyəti  otaqların quş yuvası formasında olmasıdır. Bu yolla siz yatan zaman özünüzü ağacların arasında yatmış kimi hiss edəcəksiniz.

İnntel Oteli – Hollandiya

Caluse Monetin “Mavi Ev” adlı rəsm əsərindən ilhamlanılaraq Molenaar Van Vinden memarlıq firması tərəfindən yaradılan bu otel çox möhtəşəm görünüşə malikdir.

Free Spirit Spheres – Kanada

Yerlə əlaqəniz kəsildik də enerjiniz artar. Bu səbəbdən də kürə formasında olan otel otaqları yerdən bir neçə metr yüksəklikdə yerləşir.

Kakslattanen – Finlandiya

Tavanı və divarları yalnız şüşə və çərçivələrdən ibarət olan bu oteldə gecələr səmada sayrışan ulduzları izləməkdən zövq ala bilərsiniz.

Cocoa Ada Oteli – Maldivlər

Otel Maldivlərdəki “Cocoa” adlı özəl bir adada yerləşir. Birbaşa olaraq dənizin üzərində yerləşən otel otaqlarından qapını açaraq dənizə atlaya bilərsiniz.

Jade Dağ Oteli — Sent Lüsiya

Tropik iqlimə malik olan Karib dənizindəki “Sent Lüsiya” adasında tikilən bu otel dağın yamacında yerləşir. Otelin hər bir mərtəbəsində “sonsuzluq hovuzu” deyilən hovuzlar mövcuddur.

Kirkenes Buz Oteli – Norveç

Tamamilə qardan hazırlanan, yataqları belə qardan olan bu otel yaz aylarında əriyir və hər qış təzədən inşa edilir. Buzdan olmasına baxmayaraq qorxmağa ehtiyac yoxdur. Çünki, Finlandiyanın məşhur votkası sayəsində soyuğu hiss etməyəcəksiniz.

Kitabxana Oteli – ABŞ, Nyu-York

Bu hotel Jorge Luis Borgesin, “Mən cənnətin bir növ kitabxanan kimi olacağını düşünürəm” ifadəsindən ilhamlanılaraq tikilmişdir. Kitab qurdları üçün ideal məkan olan bu oteldə 6000 –dən çox kitab vardır.

Jumbo Stay Oteli – İsveç

Stokholumun Arlanda hava limanında yerləşən bir təyyarəni hotelə döndərmək kimin ağlına gələ bilər? Əlbəttdə soyuqdan başları bir qəribə işləyən İsveçlilərin. Otelə çevrilən təyyarədə 3 nəfər qala bilər və burada kokpit yataq otağı kimi istifadə edilir.

Hazırladı: Müşfiq.H