25 Oktyabr 2014 12:10
316
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 331             Bakı şəhəri, 16 oktyabr 2014-cü il

 

"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 avqust tarixli 277 nömrəli qərarı) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotunun aparılması bu Qayda ilə tənzimlənir.".

2. 2-ci hissə ləğv edilsin.

3. 4.1-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılsın, dördüncü cümləsində "DYP-nin vəzifəli şəxsinin inzibati tənbeh tətbiqi barədə qərarı" sözləri "İnzibati tənbeh tətbiq etmə haqqında qərar" sözləri ilə əvəz edilsin.

4. 5-ci hissə üzrə:

4.1. 5.1-ci bənddə "Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə sürücülərə təyin edilmiş cərimə balları barədə məlumatların" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların" sözləri ilə əvəz edilsin;

4.2. 5.2-ci bənddə "yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə cərimə balları barədə məlumatların" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video